Layihə çərçivəsində İmişli, Beyləqan, Füzuli, Ağdam, Ağcəbədi, Bərdə, Tərtər, Goranboy, Biləsuvar rayonlarında Azərbaycan Respubilkasının Prezidenti seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərinin yüksək səviyyədə həyata keçirilməsi nəzərdə tutulub. Vətəndaşlara seçki hüquqlarından fəal istifadə edilməsi, seçki fəallığının artırılması üçün regionlarda elmi-metodiki və kütləvi tədbirlərin keçirilməsi, təbliğat işinin təşkili üçün metodiki vəsaitlərin, təlimatların və digər marifləndirici materialların paylanması layihənin əsas fəaliyyət planını təşkil edir.