"Qarabağ" rəhbərliyi yaralı azarkeşlərə baş çəkdi

İDMAN
12:33 26.05.2016
1521

Azərbaycan kubokunun finalı çərçivəsində keçirilən "Qarabağ" - "Neftçi" oyunundan sonra Ağdam klubunun fanatları ilə polislər arasında qarşıdurma yaşandığı barədə məlumat vermişdik.

Komanda.az xəbər verir ki, "Qarabağ"ın "İmarət" fan-klubunun yer aldığı 6-cı sektora nəzarət edən polislərin zorakılığı səbəbindən 10-a yaxın azarkeş xəstəxanalıq olub.

Hadisəyə Ağdam klubunun rəhbərliyi da biganə qalmayıb. Belə ki, klub prezidenti Tahir Gözəl, direktor Əmrah Çəlikəl, "Azərsun Holdinq"in rəsmilərindən Savaş Uzan və digər klub rəsmiləri xəstəxanaya baş çəkərək, yaralı azarkeşlərlə maraqlanıblar.

Polis yaralı azarkeşlərin izahatını alıb. Hazırda baş verən olaylarla bağlı araşdırma aparılır. Sonda onu da bildirək ki, yaralı azarkeşlərdən bəzisi elə stadiondaca həkim müayinəsindən və müdaxiləsindən sonra evinə yollanıb. Polis bölməsinə aparılan üç azarkeşdən də ikisinin artıq buraxıldığı bildirilir.

OXŞAR XƏBƏRLƏR