"Qarabağ" "Sumqayıt"a uduzdu

İDMAN
23:26 28.04.2024
356
Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.

AZXEBER.COM Baku.ws-ə istinadən xəbər verir ki, günün sonuncu matçında çempion "Qarabağ” "Sumqayıt”ın qonağı olub.

Oyun ev sahibi komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 70-ci dəqiqədə Roi Kehat vurub.
"Sumqayıt"ın qələbəsi sayəsində Avrokuboklara vəsiqə uğrunda mübarizə bir qədər də gərginləşib. Xalların sayını 50-yə çatdıran Samir Abbasovun yetirmələri 2-ci sıradadır. Eyni xala malik "Neftçi" isə üçüncüdür.

OXŞAR XƏBƏRLƏR