Qarabağ Universiteti Britaniya universitetləri ilə əməkdaşlığı genişləndirir

Qarabağ Universiteti Britaniya universitetləri ilə əməkdaşlığı genişləndirir
SOSİAL
12:29 10.07.2026
604

Qarabağ Universitetində 2026/2027-ci tədris ilindən ilk dəfə tələbə qəbulu həyata keçiriləcək biznesin idarə edilməsi və iqtisadiyyat ixtisasları üzrə bakalavr proqramları Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

Biznesin İdarə Edilməsi proqramı "Exeter” Universitetinin, İqtisadiyyat (BSc Economics) proqramı isə "Oxford” Universitetinin alimləri ilə əməkdaşlıq nəticəsində beynəlxalq standartlara uyğun və müasir yanaşmalar əsasında formalaşdırılıb.

Əməkdaşlıq çərçivəsində hər iki universitetin akademik heyəti Qarabağ Universitetinin Biznes və İqtisadiyyat fakültəsinin müəllimləri ilə sıx əməkdaşlıq edərək proqramların məzmununun hazırlanmasında iştirak edib. Proqramların yekunlaşdırılması məqsədilə "Exeter” və "Oxford” universitetlərinin nümayəndələri Qarabağ Universitetinə səfər edərək fakültənin akademik heyəti ilə seminarlar, interaktiv iş sessiyaları və geniş müzakirələr aparıblar.

İş sessiyalarında proqramların strukturu, fənn məzmunu, tədris metodologiyası və öyrənmə nəticələri ətraflı təqdim edilərək müzakirə olunub. Bu proses proqramların universitetin akademik heyəti tərəfindən daha dərindən mənimsənilməsinə və onların effektiv şəkildə tətbiqinə hazırlığın təmin edilməsinə xidmət edib.

Hər iki proqram müasir əmək bazarının və qlobal təhsil mühitinin tələbləri nəzərə alınmaqla hazırlanıb. Tədris planlarında biznes və iqtisadiyyat sahələri üzrə fundamental nəzəri biliklərlə yanaşı, data analitikası, süni intellekt, proqramlaşdırma və rəqəmsal transformasiya kimi müasir istiqamətlərə də geniş yer ayrılıb.

Həyata keçirilən bu əməkdaşlıq Qarabağ Universitetinin beynəlxalq akademik tərəfdaşlıqlarının genişləndirilməsi, tədris keyfiyyətinin yüksəldilməsi və tələbələrə qlobal standartlara uyğun, rəqabətqabiliyyətli təhsil imkanlarının təqdim edilməsi istiqamətində atılan mühüm addımlardan biridir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
11:33 28.10.2026
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
Məktəblinin faciəvi ölümü ilə bağlı BŞTİ-dən AÇIQLAMA
11:31 28.10.2026
Məktəblinin faciəvi ölümü ilə bağlı BŞTİ-dən AÇIQLAMA
Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı
11:12 28.10.2026
Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı
İlham Əliyev Çexiya Prezidentinə təbrik məktubu ünvanlayıb
11:10 28.10.2026
İlham Əliyev Çexiya Prezidentinə təbrik məktubu ünvanlayıb
Qətər rəsmisi: Korrupsionerlər qanunsuz əldə etdikləri əmlakdan məhrum edilməlidir
11:07 28.10.2026
Qətər rəsmisi: Korrupsionerlər qanunsuz əldə etdikləri əmlakdan məhrum edilməlidir
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - İlham Əliyev
11:00 28.10.2026
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - İlham Əliyev
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
10:59 28.10.2026
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
"Güclü siyasi iradə korrupsiyaya qarşı mübarizənin əsas şərtidir"
10:52 28.10.2026
"Güclü siyasi iradə korrupsiyaya qarşı mübarizənin əsas şərtidir"
"İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb"
10:46 28.10.2026
"İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb"
Kamran Əliyev: Korrupsiya hamımızın üzləşdiyi ortaq problemdir
10:45 28.10.2026
Kamran Əliyev: Korrupsiya hamımızın üzləşdiyi ortaq problemdir
İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
10:29 28.10.2026
İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
10:25 28.10.2026
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
10:19 28.10.2026
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
1708-ci gün: Rusiyanın itkiləri yeniləndi
09:46 28.10.2026
1708-ci gün: Rusiyanın itkiləri yeniləndi
Akif Beybutov vəfat etdi - FOTO
09:37 28.10.2026
Akif Beybutov vəfat etdi - FOTO
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
09:28 28.10.2026
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu