Qarabağ Universitetindən Faiq Məmmədovla bağlı AÇIQLAMA

Qarabağ Universitetindən Faiq Məmmədovla bağlı AÇIQLAMA
SOSİAL
11:32 29.09.2026
200

Bu gün mətbuatda Qarabağ Universitetinin müəllimi olduğu iddia edilən Faiq Məmmədovun həbs olunması ilə bağlı məlumatlar yayılıb.

Məlumatda qeyd edilib ki, 1993-cü il təvəllüdlü təqsirləndirilən şəxs dələduzluqda, hədə-qorxu ilə tələb etmədə və əxlaqsız hərəkətlərdə ittiham olunub.

Onun bu davranışından iki tələbə zərər çəkib.

Tələbələrin şikayətindən sonra F.Məmmədov barəsində araşdırma aparılıb, o, saxlanılaraq istintaqa təhvil verilib. Təqsirləndirilən şəxsin törətdiyi əməl sübuta yetirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, F.Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. Xəbəri Xitab24.az saytı yayıb.

Universitetdən AZXEBER.COM-a bildirilib ki, mediada adı hallanan Faiq Məmmədov heç vaxt Qarabağ Universitetində çalışmayıb və universitetlə hər hansı əməkdaşlığı olmayıb.

"Bildiririk ki, mediada adı hallanan Faiq Məmmədov Qarabağ Universitetində heç vaxt çalışmayıb və universitetlə hər hansı əməkdaşlığı olmayıb.

Hörmətli media nümayəndələrindən Qarabağ Universiteti ilə bağlı məlumatların dəqiqliyinin təmin olunması məqsədilə müvafiq hallarda universitetin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlamalarını xahiş edirik" deyə açıqlamada qeyd olunub.

OXŞAR XƏBƏRLƏR