"Qarabağ" və "Qalatasaray" arasında daha bir yoldaşlıq oyunu olacaq

İDMAN
22:55 26.03.2023
324

Türkiyə "Qalatasaray"ı ilə "Qarabağ" arasında daha bir yoldaşlıq oyunu olacaq.

Report-un məlumatına görə, bu barədə "sarı-qırmızılılar"ın prezidenti Dursun Özbek açıqlama verib.

Funksioner növbəti qarşılaşmanın İstanbulda keçiriləcəyini bildirib: "Onları Türkiyədə də dostluq oyunu keçirmək üçün dəvət etdim".

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı "Qarabağ" - "Qalatasaray" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

OXŞAR XƏBƏRLƏR