"Qarabağ" və "Qəbələ"nin avrokubok oyunları 1 saat gec başlayacaq

"Qarabağ" və "Qəbələ"nin avrokubok oyunları 1 saat gec başlayacaq
İDMAN
17:54 08.09.2016
1907

"Qarabağ" və "Qəbələ" klublarının Avropa Liqasının qrup mərhələsindəki oyunlarının vaxtı dəyişəcək.

Mərkəzi Avropada qış rejimi ilə əlaqədar oktyabrın 30-da vaxt 1 saat geri çəkiləcək. Ancaq məlum olduğu kimi, Azərbaycanda saat dəyişikliyi olmayacaq. Belədə Mərkəzi Avropa vaxtı ilə Bakı saatı arasında yenidən fərq 3-ə yüksələcək.

İlk dəfə Azərbaycanda qış rejiminə keçidlə bağlı dəyişiklik olmayacağından, özü ilə bağlı bəzi suallar yaranıb. Böyük ehtimalla, UEFA əvvəldən tərtib etdiyi oyunların vaxtında heç bir dəyişiklik etməyəcək. Belədə oktyabrın 30-dan sonra keçiriləcək 3 turun Bakıdakı oyununun vaxtları da bizdə avtomatik 1 saat gec başlamalı olacaq.

Beləliklə, saat dəyişikliyi olacağı halda, təqvim Bakı saatı ilə belə olacaq:

IV tur

3 noyabr

22:00 Qəbələ - Sent-Etyen

00:05 PAOK - Qarabağ

V tur

24 noyabr

22:00 Slovan - Qarabağ

20:00 Qəbələ - Anderlext

VI tur

8 dekabr

22:00 Maynts - Qəbələ

20:00 Qarabağ - Fiorentina

Yeri gəlmişkən, sözügedən məsələ ilə bağlı "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəlin fikirlərini də öyrəndik. Çünki "Qarabağ" Bakıdakı oyunlarının tez başlamasından narazı idi: "Qrup mərhələsinədək oyunların vaxtlarının müəyyən edilməsi ev sahibi olan klublara həvalə olunur. Ancaq qrup mərhələsindən etibarən vaxtları UEFA tərtib edir. Hətta sentyabrın 15-də "Slovan"la Bakıdakı oyunu UEFA saat 19:00-a salanda biz bundan narazı qaldıq. Çünki insanların işdən çıxmaları ilə əlaqədar oyunun daha gec saatlarda baş tutmasını istəyirdik. Ancaq artıq təşkilatçı olan UEFA saatları müəyyənləşdirdiyindən, bunu dəyişdirmək mümkün deyildi".

///Qaynarinfo.Az 

OXŞAR XƏBƏRLƏR