"Qarabağ" və "Sabah"ın son oyunlarının vaxtı açıqlandı
İDMAN
22:19 18.05.2026
853
Misli Premyer Liqasında sonuncu - XXXIII turun oyun cədvəli müəyyənləşib.
Peşəkar Futbol Liqasından AZXEBER.COM-a verilən məlumata görə, klubların müraciəti, müvafiq stadionların razılığı, son tur öncəsi oyunların turnir cədvəlinə idman prinsipləri baxımından təsir etməməsi, klubların avrokuboklara idman və texniki baxımdan daha yaxşı hazırlaşması məqsədilə bəzi oyunların yeri dəyişdirilib.
Belə ki, "Kəpəz" "Neftçi"ni Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, "Turan Tovuz" isə "Sabah"ı "Bank Respublika Arena"da qəbul edəcək.
Daha əvvəl Gəncə kollektivi rəqiblərini Yevlax şəhər stadionunda, tovuzlular isə Tovuz şəhər stadionunda qəbul edib.