Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ” da növbəti oyununa çıxacaq.
Xatırladaq ki, qrupda keçirdiyi üç oyunda qol vura bilməyən "Qarabağ” səfərdə "Sportinq”ə (0:2), Bakıda isə "Arsenal” (0:4) və "Vorskla”ya (0:1) məğlub olub.
Oyun bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.