Sabah Unibank Premyer Liqasının XX tur görüşlərində “Qarabağ” komandası “Bakı” Futbol Klubu ilə qarşılaşacaq. “Qarabağ” sabah qış fasiləsindən sonra ilk matçını keçirəcək.Məlumat üçün bildirək ki, “Qarabağ”ın rəqibi çempionluğa iddialı “Bakı” klubudur. Eyni xala malik komandalar qonşu pillələrdə qərarlaşıb.Qeyd edək ki, “Bakı”nın bazasında keçiriləcək oyun tərəflərin sayca 40-cı görüşü olacaq. Komandaların geridə qalan 39 görüşünün 35-i çempionat, 4-ü isə kubok çərçivəsində baş tutub. Geridə qalan görüşlər ərzində “Qarabağ” 14 qələbəni bayram edib.