“Qarabağ Zəfəri”nin qalibləri Ərdoğanla görüşdü - FOTOLAR

GƏNCLİK
22:20 18.06.2021
1259
Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə həyata keçirdiyi "Qarabağ Zəfəri” rəsm müsabiqəsinin azərbaycanlı gənc qalibləri Türkiyəyə səfərə yollanıblar.

Həmçinin bu həftə müsabiqənin qalibi seçilmiş türkiyəli gənclər ölkəmizə səfər ediblər. Onların Bakıda Şəhidlər və Fəxri Xiyabanı, Hərbi Qənimətlər Parkı, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyinə ziyarətləri təşkil olunub. Növbəti gün Gəncə şəhərinə yola düşən qonaqlar Nizami Gəncəvi məqbərəsi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, İmamzadə dini kompleksinə ziyarət ediblər.

"Qarabağ Zəfəri” müsabiqəsinin qalib türkiyəli və azərbaycanlı gənclər eyni zamanda ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti cənab Receb Tayyib Ərdoğanla görüşüblər.

Qeyd edək ki, elan olunmuş rəsm müsabiqəsi şanlı ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Zəfərə həsr olunub, əsas məqsədi Qarabağ Zəfərini türkiyəli və azərbaycanlı gənclərin gözü ilə təcəssüm etmək və hər iki ölkə gəncləri arasında qardaşlıq duyğularını daha da möhkəmləndirmək idi. Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər Fondu (TÜGVA) bu il də hər iki ölkənin gəncləri üçün ortaq layihələrin həyata keçiriləcəyini bildiriblər.

 

 

 

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:26 25.09.2021

Azərbaycan Ordusunda çağırışçıların hərbi hissələr üzrə bölgüsü keçirilib

15:17 25.09.2021

ABŞ Prezidenti: üçüncü vaksinasiya hər kəs üçün pulsuz və əlçatan olacaq

15:09 25.09.2021

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi MDBMİ-nin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru təyin olundu

15:00 25.09.2021

İƏT-in Komissiyası Ermənistanın Azərbaycan xalqına qarşı cinayətlərinə dair hesabat hazırlayacaq

14:45 25.09.2021

Bakıda öldürülən müğənninin qətlinin təfərrüatı məlum oldu

14:37 25.09.2021

Kriminal dünyada böyük savaş - "Lotu Quli"nin rəqibi sıradan çıxarılır

14:24 25.09.2021

"Yeni Klinika": "Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur"

14:16 25.09.2021

Sərdar Ortaç “Beşiktaş”dan üzr istədi: “Tərbiyəsizlik etdim, çox peşmanam”

14:07 25.09.2021

Qəzet əməkdaşı qəfil öldü

14:03 25.09.2021

Türkiyədə qandonduran hadisə: Körpəni diri-diri torpağa basdırdılar - VİDEO

13:54 25.09.2021

Zərdabda arvadını boğaraq öldürən şəxs 12 il azadlıqdan məhrum edilib

13:47 25.09.2021

Mədəniyyət naziri kinoteatrların açılması ilə bağlı qərara münasibət bildirib

13:39 25.09.2021

Nazir: "YUNESCO-nun ədalətli və qərəzsiz mövqe tutmasını gözləyirik"

13:30 25.09.2021

Rayon xəstəxanasında həkim tapılmır? - VİDEO

13:22 25.09.2021

Bakıda təmir etdikləri evdən 24 min manatlıq oğurluq edənlər saxlanıldı - VİDEO

13:10 25.09.2021

Şeyxin qudası “at oynadır” - VİDEO