“Danışıqlar prosesində müəyyən irəliləyişlər var. Bu bir əlamətdir və biz bunu alqışlayırıq”, - deyə Semnebi vurğulayıb.
Qeyd edək ki, bu gün Piter Semnebi Bakıya gəlib. O, burada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşəcək. Avropalı diplomat həftəsonu Azərbaycana bir daha qayıdacaq. Semnebi hökumət nümayəndələri, eləcə də qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə ənənəvi görüşlər keçirəcək.