"Qarabağ"a ağır itki: Xayme 6 ay oynamayacaq

"Qarabağ"a ağır itki: Xayme 6 ay oynamayacaq
İDMAN
15:40 17.09.2021
1137

"Qarabağ” ciddi itki ilə üzləşib.

AZXEBER.COM Qol.az-a istinadən xəbər verir ki, dünən Konfrans Liqasının "Bazel”lə qrup matçında zədələnən Ağdam klubunun yarımmüdafiəçisi Xayme Romeronun durumunu ciddi olduğu üzə çıxıb. Bu gün tibbi müayinədən keçəb ispan futbolçunun çapraz bağlarında xəsarət aşkarlanıb. Onun əməliyyat olunacağı bildirilir.

 

Bu isə o deməkdir ki, Xayme ən azı 5-6 ay yaşıl meydanlardan uzaq qalacaq və Konfrans Liqasında qrupun bütün görüşlərini, eləcə də Azərbaycan Premyer Liqasında bir neçə oyunu buraxacaq. 

OXŞAR XƏBƏRLƏR