“Qarabağa kitab hədiyyə edək” layihəsi uğurla həyata keçirildi - FOTOLAR

“Qarabağa kitab hədiyyə edək” layihəsi uğurla həyata keçirildi - FOTOLAR
SOSİAL
13:05 26.11.2025
109
"Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Qarabağa kitab hədiyyə edək” layihəsi həyata keçirilib. Layihə işğaldan azad edilmiş ərazilərdəki məktəblər və Qarabağ Universitetinin kitabxanalarının zənginləşdirilməsinə yönəlib.

Layihə çərçivəsində Abşeron RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, Abşeron RİH-in əməkdaşı, Vətən Müharibəsi şəhidi Saxavət Abbasovun anası Maisə Abbasova, RİH könüllüləri, eləcə də vətən müharibəsi iştirakçısı və hər iki qurumun əməkdaşlarından ibarət nümayəndə heyəti Qarabağ bölgəsinə səfər edib.

Nümayəndə heyəti Xocalı şəhəri 1 nömrəli, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli və Şuşa şəhər 1 nömrəli tam orta məktəblərində, həmçinin Qarabağ Universitetində olaraq şagird və tələbələrə dünya və yerli müəlliflərin əsərlərindən ibarət kitablar hədiyyə ediblər. Səfər zamanı nümayəndələr bir neçə sinif otağında olaraq şagirdlərlə söhbət edib, onların təhsil şəraiti ilə maraqlanıb və xatirə fotoları çəkdiriblər.

Görüşlərdə çıxış edən G.Rəhimova və S.Orucova vurğulayıblar ki, layihə Ulu Öndər Heydər Əliyevin təhsil və mədəniyyət siyasətinin davamı olmaqla, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ‘Böyük Qayıdış’ proqramının hədəflərinə tam uyğun icra olunur. 

Çıxışlarda həmçinin qeyd edilib ki, təşəbbüs Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar sahədə həyata keçirdiyi genişmiqyaslı layihələrin ruhunu əks etdirir və Qarabağda gənclərin maariflənməsinə mühüm töhfə verir.

Səfərin sonunda məktəb rəhbərləri və Qarabağ Universitetinin nümayəndələri təşəbbüsə görə minnətdarlıqlarını ifadə edərək bildiriblər ki, təqdim olunan kitablar regionun təhsil mühitinin inkişafına mühüm töhfə verəcək və gənclərin elmi-mədəni dünyasının formalaşmasında əhəmiyyətli rol oynayacaq.

Qeyd edək ki, səfər zamanı 3 000 kitab sözügedən universitet və məktəblərin kitabxanalarına təqdim edilib

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
14:58 03.03.2026
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
14:56 03.03.2026
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
14:55 03.03.2026
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
14:48 03.03.2026
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
14:47 03.03.2026
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
14:46 03.03.2026
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
14:45 03.03.2026
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
14:43 03.03.2026
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
14:41 03.03.2026
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
“AniPay”in fəaliyyəti dayandırılır
14:41 03.03.2026
“AniPay”in fəaliyyəti dayandırılır
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
14:37 03.03.2026
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
14:28 03.03.2026
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
14:26 03.03.2026
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
14:21 03.03.2026
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
14:17 03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi
14:16 03.03.2026
AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi