xari

Qarabağda daha bir erməni əsgərin cəsədi tapıldı: Axtarışlar dayandırıldı

DÜNYA
11:51 20.01.2021
882

Ermənistan Silahlı Qüvvələrinin daha bir hərbi qulluqçusunun cəsədi aşkar olunub.
 
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Erməni hərbçinin cəsədi Cəbrayıl rayonunda axtarışlar zamanı tapılıb. Hərbçinin şəxsiyyətini təyin etmək üçün məhkəmə tibbi ekspertizaya göndərilib.

Paralel olaraq axtarış işləri Hadrut, Füzuli, Zəngilan və Ermənistanın Sünik istiqamətindəki sərhədyanı bölgələrdə aparılıb.

Hazırda bölgədə qar yağması səbəbindən axtarış işlərinin aparılması mümkün deyil. Bu səbəbdən axtarış işləri dayandırılıb.

Bu günə qədər Qarabağda axtarışlar zamanı 1247 erməni hərbçinin qalıqları aşkar edilib.
 
///BAKU.WS

OXŞAR XƏBƏRLƏR