Qarabağda müharibəyə səbəb olacaq 4 FAKTOR

Qarabağda müharibəyə səbəb olacaq  4 FAKTOR
SOSİAL
21:49 21.03.2016
2640
“Qarabağda hər an başlaya biləcək müharibə vəziyyəti Avropa başda olmaqla bütün bölgə ölkələri üçün təhlükə mənbəyinə çevrilib”.Bu barədə Türkiyənin “Timetürk” xəbər portalının “Dörd addımda Qarabağ problemi” məqaləsində bildirilir.
Məqalədə qeyd olunur ki, uzaq görünsə də Qarabağ münaqişəsi Avropa üçün hər keçən il daha böyük təhlükəyə çevrilir. Bildirilir ki, Avropa Birliyi münaqişə zonasındakı vəziyyətdən narahatdır və problemin həllini prioritet istiqamət olaraq seçib.
Bu baxımdan, portal Dağlıq Qarabağ münaqişəsində Avropa Birliyi ölkələrinin diqqət etməli olduğu dörd vacib nöqtəni təhlil edib.
1. Rusiya-Türkiyə münasibətləri
Bu nöqtələrdən birincisi Türkiyə və Rusiya arasında yenicə başlayan düşmənçilikdir. Moskva və Ankara arasında qarşıdurma təkcə qarşılıqlı ticarətə zərər verməklə yekunlaşmır, Türkiyənin turizmini baltalayır. İki ölkənin Suriya məsələsində apardığı mübarizə Qərb ölkələrini də narahat edir. Bununla yanaşı, iki ölkənin qarşıdurması hər ikisi ilə yaxın münasibətlərə malik olan Qafqaz və Orta Asiya ölkələrinə də əlavə çətinliklər yaradır.
Rusiya ilə Türkiyə arasındakı gərginliyin tarixi keçmişə gedib çıxır. Azərbaycan və Ermənistan arasındakı münaqişə iki ölkə arasında gərginliyə səbəb olub. Ermənistan Moskvanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya İqtisadi İttifaqı kimi regional təşkilatlarda təmsil olunur. Rusiya ilə güclü bağlantıları olan Ermənistanın təhlükəsizlik sistemi 2015-ci ilin dekabr ayında iki dövlət arasında imzalanan hava hücumundan müdafiə sistemi müqaviləsi ilə daha da möhkəmləndi.
Azərbaycan ilə Türkiyə arasında sağlam bağlar var. Türk dilində danışan hər iki ölkə qardaşdır. Azərbaycan Türkiyə ilə təhlükəsizlik sahəsindəki əməkdaşlığa xüsusi önəm verir. Ölkənin neft və qaz ixracatının çoxu Türkiyə üzərindən keçir və yeni qaz kəmərlərinin inşası da aparılır.
Lakin Azərbaycan Rusiya ilə də münasibətləri saxlayır, xüsusilə bu ölkədən silah alır.
Türkiyənin Suriya sərhədində Rusiya təyyarəsini vurmasından sonra Moskva qeyri-rəsmi şəkildə üzünü Qarabağa çevirdi. Moskva Dağlıq Qarabağ ətrafındakı bəzi rayonları Azərbaycana qaytarmaq və münaqişədə “aralıq həll” variantını tətbiq etmək planına artıq başlayıb. Bu variant Rusiyanın Minsk qrupundan çıxmasına səbəb olsa da, münaqişə tərəfləri olan hər iki ölkədə mövqeyini gücləndirəcək. Rusiya xarici işlər naziri Sergey Lavrov bunu inkar etsə də, kulislərdə bu haqda söhbətlər dolaşır.
2. İran səhnəyə çıxır.
Həm Azərbaycan, həm də Ermənistanla sərhəddə yerləşən İranın regional siyasətə daxil olması Qarabağ məsələsi ətrafında proseslərin yönünü dəyişir. İran rəsmiləri yanvar ayında Qarabağ münaqişəsində vasitəçi olmağa hazır olduqlarını açıqladı. Bu açıqlamanın arxasında nələr gələcəyini dəqiq demək çətindir.
İran Ermənistanla isti münasibətlərə sahib olsa da Xəzər dənizindəki təhlükəsizlik və enerji məsələlərinə görə Azərbaycanla münasibətlərdə müəyyən soyuqluq var. Tehranın Qarabağ məsələsinə daxil olması isə xüsusilə Moskva tərəfindən müsbət qarşılanmayacaq.
3. İqtisadi problemlər
Son dövrlər bölgədə müəyyən iqtisadi çətinliklərin yaşanması, xüsusilə Ermənistanda artan sosial-iqtisadi narazılıq bu ölkənin hökumətini Qarabağ üzərindən siyasi divident əldə etməyə məcbur edir. Beləliklə, şovinist siyasət güclənir ki, bu da yeni müharibəyə gətirib çıxara bilər.
4. Sabitliyin pozulması
Qarabağ məsələsində ən çox narahatlıq doğuran məqam atəşkəsin mütəmadi olaraq pozulmasıdır. İstər təmas xəttində, istərsə də iki ölkə sərhədində 1994-cü ildən bu günə qədər heç vaxt sakitlik hökm sürməyib. Lakin 2014-2015-ci illərdə qarşıdurma daha şiddətli hal aldı. Raketlər və ağır toplar istifadə edildi.
Qarabağda müharibənin başlaması uzaq ehtimal kimi dəyərləndirilə bilər. Lakin bölgədəki son proseslər, xüsusilə Rusiya və Türkiyə arasındakı qarşıdurma vəziyyəti çətinləşdirir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-nin Luiziana ştatında atışmada azı səkkiz uşaq ölüb, yaralananlar var
21:56 19.04.2026
ABŞ-nin Luiziana ştatında atışmada azı səkkiz uşaq ölüb, yaralananlar var
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
20:18 19.04.2026
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
20:07 19.04.2026
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
19:53 19.04.2026
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
“Son qərar Tramp tərəfindən veriləcək”
19:39 19.04.2026
“Son qərar Tramp tərəfindən veriləcək”
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
19:19 19.04.2026
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
19:08 19.04.2026
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
18:50 19.04.2026
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18:42 19.04.2026
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
18:26 19.04.2026
Lənkəranda avtomobil təmiri sexində partlayış olub