“Kim istəyirsə, qalıb yaşayacaq, istəməyənlər üçün də yol açıqdır” - Deputat

“Kim istəyirsə, qalıb yaşayacaq, istəməyənlər üçün də yol açıqdır” - Deputat
SİYASƏT
12:28 26.07.2023
316
Xəbər verdiyimiz kimi, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel Brüssel görüşündə Azərbaycanın Qarabağ ərazisində yaşayan ermənilərin ərzaq və humanitar yardım tədarükü üçün Ağdam yolundan istifadə etməsi ilə bağlı təklifi dəstəkləyib. 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Elman Məmmədov Şarl Mişel və Nikol Paşinyanın açıqlamalarında Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləmələrinin diplomatiyamızın ən böyük uğuru olduğunu bildirib:

"Azərbaycanın ərazi bötüvlüyünə hörmət edən hər bir dövlət bunu dərk etməlidir ki, Azərbaycanın icazəsi olmadan ərazisində heç kim qanunsuz fəaliyyətlərlə məşğul oluna bilməz. Azərbaycan ərazisinə kimlərinsə humanitar yardım göndərməyi qəbuledilməzdir. Qarabağda yaşayan ermənilərin ərzaq tədarükünün təminatı ilə Azərbaycan məşğul olmalıdır. Onlar bizim qanunlarımızı qəbul etməlidirlər. Onların hüquqlarının, təhlükəsizliklərinin bütün ehtiyaclarının təminatı Azərbaycana məxsusdur. 

Bu iddiada olan dövlətlərə sual vermək lazımdır ki, onlar ərazilərində yaşayan etnik qrupun təminatlarının xaricdən olmasına razı olarlarmı? Təbii ki, cavabları  "xeyr” olacaq. Bəs, biz niyə razı olmalıyıq?”

Elman Məmmədov hesab edir ki, Qarabağda yaşayan erməni əhalisi Azərbacan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunları ilə yaşamalıdırlar:

"Əks təqdirdə, onlar əcnəbi vətəndaş kimi Azərbaycan ərazisini tərk etməlidirlər. Nəyə görə hansısa xarici dövlətin ərazisindən onlara ərzaq, başqa yardımlar gəlməlidir? Bütün təminatlar Ağdam-Xankəndi istiqamətindən olmalıdır. Onlar anlamalıdırlar ki, Azərbaycan 1988-1990-ci illərin Azərbaycanı deyil. Bütün ərazisinə özü nəzarət edir, təminatları da özü həyata keçirəcək. Ermənistandan elektrik enerjisi gəlirsə, o da kəsilməlidir. Qaz təminatı, su təminatı da Azərbaycan ərazisindən olmalıdır. Kim istəyirsə, qalıb yaşayacaq, istəməyənlər üçün də yol açıqdır”.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR