Qarabağda gündəlik həyatı rahatlaşdıracaq yeni ünvan qapılarını açdı. Ölkənin aparıcı pərakəndə satış şəbəkəsi "Kontakt”ın Qarabağdakı ilk fiziki mağazası Xankəndidə fəaliyyətə başladı.
Şəhərin mərkəzində fəaliyyətə başlayan bu yeni mağaza xüsusi "Kontakt Express” konsepti ilə xidmət göstərir. Burada alıcılar ən çox tələb olunan məhsullarla yerində tanış olmaqla yanaşı, həm də rəqəmsal texnologiyalardan mebelə qədər 30 000-dən çox çeşid məhsulu saniyələr içində sifariş edə bilər. Beləliklə, "Kontakt Express” konsepti sayəsində alıcılar kompakt mağaza formatında ehtiyac duyduqları bütün məhsul çeşidini rahatlıqla əldə edirlər.
Şəbəkə regiondakı ilk mağazasında Xankəndi sakinləri üçün açılışa özəl imkanlar da yaradıb. İndi, bu yeni mağazada nağd alışda 60%-dək endirim, həmçinin məhsulun endirimli qiyməti elə yerindəcə 24 ayadək hissələrə bölmə imkanı mövcuddur. Açılışa özəl endirimli qiymətlər məhdud müddət ərzində - iyulun 23-dəkqüvvədədir.
Qeyd edək ki, "Kontakt” artıq üç ildən çoxdur ki, Şuşa, Laçın, Zəngilan, Cəbrayıl və Qubadlı istiqamətlərinə onlayn məhsul çatdırılmasını uğurla həyata keçirir. Şəbəkənin Qarabağda ilk fiziki mağazasının məhz Xankəndidə fəaliyyətə başlaması isə bu istiqamətdəki fəaliyyətini yeni mərhələyə daşıdı.
Odur ki, texnoloji yenilikləri yerində görmək üçün Xankəndi şəhəri, H. Əliyev adına MTK-nın yanında yerləşən yeni "Kontakt Express” mağazasına baş çəkə bilərsiniz.











































