Bu gün "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda "Çelsi” ilə qarşılaşacaq.
AZXEBER.COM xəbər verir ki, Türkiyədə yaşayan və evlilik proqramında məşhurlaşan Naz sözügedən oyunla bağlı vəd verib. O açıqlamasında "Qarabağ”ın qalib gələcəyi təqdirdə, ombasına qol vuran futbolçunun imzasını döymə etdirəcəyini bildirib.
Qeyd edək ki, o, daha əvvəl "Qarabağ” – "Kopenhagen” qarşılaşmasında klubumuz qalib gələcəyi təqdirdə, qol vuran oyunçunu İstanbulun ən lüks otelində qonaq edəcəyini və ən bahalı avtomobili istifadəsinə verəcəyini bildirmişdi.
Nazim