Bu gün Avropa Liqasının qrup mərhələsində üçüncü turun oyunları keçirilib. "Qarabağ” öz meydanında PAOK-u qəbul edib. Ağdam klubu 2:0 hesabı ilə qalib gəlib. Bununla da "Qarabağ" qrupda ilk qələbəsini qazanıb. Qrupun digər oyununda "Fiorentina" "Slovan"a 3:1 hesabı ilə məğlub edib.