“Qarabağ”dan rahat qələbə

“Qarabağ”dan rahat qələbə
İDMAN
01:05 13.07.2016
1174

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da bu mövsüm Avrokuboklarda ilk oyununu keçirib. Rəqib Lüksemburq çempionu "Düdelanj" olub.

Oyuna fəal başlayan ağdamlılar ilk dəqiqələrdən irəli atılıblar. Əvvəlcə Daninin cərimə meydançasına qədər gətirdiyi topa Muarrem zərbə endirsə də, top az fərqlə qapının üstündən keçib.

Bir neçə dəqiqə sonra isə çempionumuz hesabı açıb. 10-cu dəqiqədə sürətlə cərimə meydançasına şığıyan Riçard Almeydayanırəqib müdafiəçilər kobudluqla dayandırıblar. Zərərçəkmiş özü penalti zərbəsini dəqiq yerinə yetirib.

Qoldan 17 dəqiqə sonra Almeyda yenidən diqqət mərkəzinə gəlib. Bu dəfə Daninin sağ cinahdan ötürməsini yaxşı saxlayan braziliyalı qapıya qarşısıalınmaz zərbə endirib.

İlk hissədə daha bir neçə epizod olsa da, hesab dəyişməyib.

İkinci hissə gözlənilənin əksinə olaraq çox sönük keçib. Ona lazım olan hesabı qaznanan ağdamlılar hücum etməkdə o qədər də maraqlı olmayıblar. Rəqibin isə təmsilçimizə təzyiq etməyə sadəcə gücü çatmayıb.

Matçda başqa qol olmayınca, oyun elə bu hesabla da başa çatıb.

Çempionlar Liqası

II təsnifat mərhələsi

İlk oyun

12 iyul

“Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) - 2:0

Qollar:Almeyda, 10 (pen.), 27

Baş hakim: OrelQrinfild

Baş hakimin köməkçiləri: DanniKrasikov, İdanYarkoni Dördüncü hakim: MenaşeMasiah (hamısı İsrail)

Hakim-inspektor: ZdravkoYokiç (Serbiya)

UEFA nümayəndəsi: VladimirÇorno (Ukrayna)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

“Qarabağ”:13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel Madera, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Quintana

Ehtiyat oyunçular:12. Şahruddin Məhəmmədəliyev, 9. Reynaldo, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Dinyev

Baş məşqçi:Qurban Qurbanov

“Düdelanj”:1. Hubert, 5. Şnell, 8. Pokar, 9. Da Mota, 19. Dikaba, 21. Ştolz, 25. Nakaçe, 26. Prempe, 27. Melisse, 29. Malget, 77. Turpel

Ehtiyat oyunçular:33. Frizinq, 2. Moreyra, 7. İbrahimoviç, 10. Benayba, 22. Stelvio Da Kruz, 30. Laurentie, 99. Ndaye

Baş məşqçi:Dino Topmöller

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır