“Qarabağ”ı niyə boğurlar?

“Qarabağ”ı niyə boğurlar?
KÖŞƏ
15:07 25.10.2018
3511

Aydın Bağırov 

Əslində sualı başqa cür də qoymaq olardı. Məsələn, AFFA "Qarabağ”a görə necə və nələr qazanır? Amma boğur, yaxud qazanır, bunun artıq prinsipial əhəmiyyəti qalmayıb. Çünki istənilən halda zərbə kluba dəyib və dəyməkdədir. Klubun da timsalında bütövlükdə futbolumuza.

Mətləbə keçək. Ardıcıl iki ildir Ağdam klubu avrokubokda qrup oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirmək məcburiyyətində qalıb. Bir çox sıravi azarkeş üçün, əlbəttə, "Qarabağ”ın "Tofiq Bəhramov”da yox, sırf BOS-da oynaması daha cəlbedici görünə bilər – həqiqətən möhtəşəm inşa olunmuş arena, istisna hallarda olsa belə, dolmuş tribunalar, 60 mindən çox azarkeş. Hələ bunu TV-də seyr etmək. Çox adama ləzzət edə bilər. Ən çoxsa AFFA rəhbərliyinə. O da ona görə ki, "Qarabağ”ın BOS-da oynaması federasiyasının işinə hərtərəfli yarayır. Əvvəla əgər "bizdə də futbol var” kimi görüntü yaratmaq istəyirlərsə, bir Azərbaycan komandasının "Çelsi”, "Roma”, "Atletiko”, "Arsenal” kimi nəhənglərlə oyunlarından başqa yaxşı nə fürsət ola bilər ki? Bilməyənlərdə də elə təsəvvür yaranır ki, "Qarabağ” bu yerə Qurban Qurbanov, futbolçular, klubun idarəçiləri və sponsorlara görə deyil, AFFA rəhbərliyinin olmayan futbol səriştəsinə görə gəlib.

İşin ən təəccüblü tərəfi heç bu da deyil. Odur ki, Qurban Qurbanov hələ ilk gündən BOS-da oynamağın əleyhinə olub. Amma klub məhz AFFA-nın davamlı təsir və təzyiqi ilə Olimpiya Stadionuna gedib. Qurban Qurbanov ÇL-də, Avropa Liqasında da qrup oyunlarını - təsnifat və pley-off mərhələlərində olduğu kimi Tofiq Bəhramov adına Respublika Stadionunda keçirmək istəyib. Ona görə ki, əvvəla bura "Qarabağ” üçün bir növ ikinci baza, ev kimi olub. Klub "Tofiq Bəhramov”da məsuliyyətli oyunlara hazırlığı da rahat həyata keçirirdi. Komanda isə meydança ilə yanaşı, tribunalara da öyrəşmişdi. "Qarabağ”ın bir çox avrokubok oyununda ən pis halda 20 min azarkeş olub. AFFA rəhbərliyi bu faktdan bixəbər olduğu üçün qeyd edək ki, qələbəyə aparan əsas yollardan biri də futbolçular və məşqçi heyətinin azarkeşin səsini, dəstəyini, nəfəsini hiss etməsidir.

İndi siz təsəvvür edin ki, AFFA bu nəfəsliyi daraldıb, sanki "Qarabağ”ı boğmağa başlayıb. Komandanı Gənclər və İdman Nazirliyinin balansında olan "Tofiq Bəhramov”dan özünün tabeçiliyindəki Bakı Olimpiya Stadionuna aparıb. Orada isə azarkeşin səsinin futbolçuya çatması üçün artıq meqafon, ya da başqa səsgücləndirici vasitələr lazımdı. Azarkeşin stadiona hansı zülmlə girdiyi, gecə vaxtı evinə hansı çətinliklərlə qayıtması isə artıq ayrı bir yazı mövzusudu.

AFFA "Qarabağ”ı BOS-a aparmasını onunla izah edir ki, 2019-cu ildə Avropa Liqasının finalı Bakıda olacaq və ona görə burada oyunların keçirilməsi həmin matç üçün hazırlıq xarakteri daşıyır. Pafoslu səslənsə də, ölkənin imici naminə bu fakta da göz yummaq olardı. Amma olmur. Çünki insanda vicdan ya tam ölməli, ya da pula nə qədər həris olmalısan ki, bir klubu başqa stadiondan öz stadionuna zorla gətirməyin azmış kimi, hələ üstəlik ondan icarə haqqı da tələb edəsən. Bizdə olan məlumata görə, "Qarabağ” Bakı Olimpiya Stadionundakı hər oyun üçün AFFA-ya azı 50 min manat ödəyir ki, bu da artıq son vaxtlar tərəflər arasında ciddi narazılıq yaratmağa başlayıb. BOS-dakı bilet satışı hüququ tam olaraq klubda deyil, federasiya ilə əlbir olan qurumda olduğundan AFFA-nın burdan da əlavə nə qədər gəlir götürdüyünü təxmin etmək çətin deyil. Deməli, söhbəti hara fırlasan, gerçək tabloda cəmi bir qazanan var – AFFA.

İtirənin, zərbə alanın "Qarabağ” və azarkeşlər olduğunu bilmək üçünsə yenidən Amerika kəşf etməyə ehtiyac yoxdu. "Bəs, BOS-un "Qarabağ”a xeyiri nə olub” sualına isə indiki halda bircə fakt cavab verir. 2 gün sonra keçiriləcək Avropa Liqasının "Qarabağ” – "Vorskla” oyununa heç 10 min bilet satılmayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
23:09 19.10.2026
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib
22:56 19.10.2026
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
22:43 19.10.2026
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Polşa Azərbaycanı strateji tərəfdaşlar siyahısına daxil etdi
22:33 19.10.2026
Polşa Azərbaycanı strateji tərəfdaşlar siyahısına daxil etdi
Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib
22:27 19.10.2026
Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:19 19.10.2026
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
Kütləvi iğtişaşlardan sonra Milana 500 hərbçi göndəriləcək
22:12 19.10.2026
Kütləvi iğtişaşlardan sonra Milana 500 hərbçi göndəriləcək
Ronaldo cərimələndi
22:05 19.10.2026
Ronaldo cərimələndi
Yavər Şıxəliyev vəfat etdi
21:53 19.10.2026
Yavər Şıxəliyev vəfat etdi
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
21:48 19.10.2026
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
"Sabah" FK – "Borussiya Dortmund" oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
21:41 19.10.2026
"Sabah" FK – "Borussiya Dortmund" oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, ölənlər var
21:34 19.10.2026
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, ölənlər var
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
21:25 19.10.2026
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
21:19 19.10.2026
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
21:11 19.10.2026
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
21:04 19.10.2026
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”