”"Qarabağ”ı tənqid edənlər onu gözü götürməyən adamlardır" - Deputat

İDMAN
16:58 10.08.2023
448
Xəbər verdiyimiz kimi, Azərbaycanı avrokuboklarda təmsil edən "Qarabağ", "Sabah" və "Neftçi" bu gün növbəti oyunlarına çıxacaqlar.

"Qarabağ" Avroliqa çərçivəsində Finladiyanın "HİK" klubunu, "Sabah" və "Neftçi" isə Konfrans Liqası çərçivəsində Serbiyanın "Partizan" və Türkiyənin "Beşiktaş" klublarını qəbul edəcək.
 
Milli Məclisin deputatı Aqil Abbas AZXEBER.COM-a açıqlamasında bu gün keçiriləcək oyunlarla bağlı danışıb. Deputat hər 3 klubumuzdan qələbə gözlədiyini deyib: 

"Hər üç təmsilçimizin şansını yüksək qiymətləndirirəm. Düşünürəm ki, hər üçü də qalib gələcək”.

Deputat son vaxtlar sosial şəbəkələrdə "Qarabağ”ın və Qurban Qurbanovun tənqid edilməsinə də münasibət bildirib:

"”Qarabağ”ı tənqid edənlər onu gözü götürməyən adamlardır. "Qarabağ”ı ruhdan salmaq üçün haqqında hər şey yazırlar. Bunun başqa adı ola bilməz. Ancaq nə etsələr də, "Qarabağ”ı ruhdan sala bilməyəcəklər”.

Şəbnəm Zahir


OXŞAR XƏBƏRLƏR