“Qarabağ”ın Avroliqa matçı canlı yayımlanmayacaq

“Qarabağ”ın Avroliqa matçı canlı yayımlanmayacaq
İDMAN
19:30 16.08.2016
1947
Qarabağ”ın “Höteborq”la Avropa Liqası çərçivəsində keçirəcəyi pley-off matçı ekranlarda olmayacaq. Bunun səbəbi hansısamaliyyə problemi deyil. Səbəb ağdamlıların biganəliyidi.
Bu barədə “CBC Sport” rəsmi bəyanat yayıb. Telekanal bəyan edir ki, İsveçklubu ilə “Qarabağ” arasında keçiriləcək matçların bu kanalda yayımı baş tutmayacaq. Bunun səbəbi “Qarabağ” klubunun 10 gün əvvəl “CBC Sport”un etdiyi təklifə bugünə qədər cavab verməməsidi.
“Futbolinfo” məsələyə Ağdam klubunun da reaksiyasını öyrənmək istədi. Amma klubdan kimsə bu barədə dəqiq bir söz demədi. Az öncə İsveçə çatan klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bəyanatla tanış olmadıqlarını söyləyib, qısa zamanda açıqlama verəcəklərini söylədi. Klubun icraçı direktoru Əmrah Çəlikəl yenə telefon zənglərimizi cavabsız qoydu, digər rəsmiləri də tapmaq mümkün olmadı.
“Qarabağ”dan tezliklə cavab gözləyirik. “CBC Sport”a cavab verməmək bəlkə də olar, ancaq bu oyunu izləmək istəyən milyonlara elə indi cavab vermək lazımdı. Kanal məsuliyyəti boynundan atdı və buna görə ağdamlıları qınadı. Rəsmi cavab olmasa, günahkar kimi məhz “Qarabağ” hədəfdə olacaq.
OXŞAR XƏBƏRLƏR