Qarabağın erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçiblər - VİDEO

Qarabağın erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçiblər - VİDEO
SİYASƏT
14:42 30.06.2023
405
İyunun 30-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycanın Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin "Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi təmin edilib.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı yayılan kadrlarda mülki şəxslərin sənədlərinin yoxlanılması prosesi əks olunub.

Videoda onların yoxlanışdan sonra sərhəd-buraxılış məntəqəsindən sərbəst şəkildə keçdiyi görünür.
Bu görüntülər Qarabağ ermənilərinin "Laçın” sərhəd-buraxılış məntəqəsindən keçməsində heç bir maneənin və ya çətinliyin olmadığını bir daha sübut edir.
 
OXŞAR XƏBƏRLƏR