Qarabağın erməniəsilli sakini: “Azərbaycanlılardan ancaq yaxşılıq görmüşəm”

Qarabağın erməniəsilli sakini: “Azərbaycanlılardan ancaq yaxşılıq görmüşəm”
SİYASƏT
11:13 25.09.2023
189
"Doğulandan Əsgəranda yaşamışam. Azərbaycanlılardan ancaq yaxşılıq görmüşəm”.
 
AZXEBER.COM xəbər verir ki, bunu report-un Laçına ezam olunan əməkdaşına açıqlamasında Qarabağın erməniəsilli sakini Serjik Qriqoryan deyib.
 
O bildirib ki, Xankəndinə bir daha qayıtmaq istəmir:
 
"Yaşım 60-dan çoxdur. Əsgəranda doğulmuşam və orda da yaşayırdım. Azərbaycanlılarla çox işləmişəm. Traktorçu olaraq çalışırdım. Mən azərbaycanlıların ancaq yaxşılığını istəyirəm, onların mənə çox xeyri dəyib”.
 
S.Qriqoryan bildirib ki, "Laçın” sərhəd-buraxılış məntəqəsindən keçərkən ona heç bir maneə yaşadılmayıb:
 
"Burdan keçəndə heç bir problem yaratmadılar. Qayıtmaq fikrim yoxdur”.
OXŞAR XƏBƏRLƏR