“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində mümkün rəqibi bilindi

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində mümkün rəqibi bilindi
İDMAN
16:46 03.08.2026
148
UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü bu gün atılıb.

İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə "Qarabağ”ın da mümkün rəqibi müəyyənləşib.

Ağdam klubu turnirin III təsnifat mərhələsində Ukrayna təmsilçisi "Dinamo"nu (Kiyev) mübarizədən kənarlaşdıracağı təqdirdə, "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə avqustun 27-də keçiriləcək.
OXŞAR XƏBƏRLƏR