"Ağır oyun olacaq. Uzun yol qət etmişik. Hədəfimiz yaxşı oyun göstərməkdir".
Bunu "Qarabağ"ın futbolçusu Kevin Medina Kiprdə "Omoniya"ya qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib.
Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.