"Qarabağ"ın matçında hakimin şübhəli qərarı zamanı stadionda müəmmalı olay - FOTO

"Qarabağ"ın matçında hakimin şübhəli qərarı zamanı stadionda müəmmalı olay - FOTO
TOP4
12:03 19.10.2017
27643
Qitənin ən nüfuzlu futbol turnirində debüt edən "Qarabağ"ın acınacaqlı məğlubiyyətlərə düçar olacağı püşkatmadan sonra bütün futbol azarkeşlərini ən çox qayğılandıran məsələ idi.

İlk Çempionlar Liqası matçımız dünyanın ən güclü klublarının "kabusu" olan "Stemford Bric"də "Çelsi"yə qarşı oldu. Debüt gözlənildiyi kimi böyük hesablı məğlubiyyətlə bitdi. Bəlkə də "Qarabağ" "Roma"ya qarşı oyunda dişini göstərmişdi və qitənin güclü komandalarına başağrısı ola biləcək səviyyədə olduğunu ortaya qoymuşdu. Deməzdim 3 gün öncə Messili "Barselona"nın güclə bərabərə qaldığı matçdakı "Atletiko Madrid"də arxayınçılıq var idi. Bu klub disiplininə görə dünyanın ən güclü komandası hesab edilir. Belə olmasaydı, illərdir "Atletiko"nun sükanı arxasında olan Simionenin futbolçuları son 3 ildə iki dəfə Çempionlar Liqasında final oynamazdı.
 
Amma dünən axşam meydanda başqa "Qarabağ" var idi! 

Dünyanın bir çox məşhur idman dərgisinin "Qaçqın komandası" adlandırdığı "Qarabağ" dünən yalnız "madridlilər"ə qarşı mübarizə aparmadı, ikinci dəfə UEFA-nın müəmmalı hakim təyinatı matça damğasını vuran ən diqqətçəkən məqam oldu. Belə ki, matç ərzində oyunun ən fəallarından olan Ndlovuya qarşı cərimə meydançasındakı kobudluğu "penal"la dəyərləndirmək əvəzinə "Qarabağ"ın forvardını meydandan qovan fransalı referinin stadionda digər əlaltıları da peyda oldu.

W1 sektorunda jurnalistlər üçün ayrılan masalardakı manitorlarda hakimin "Atletiko Madrid"in qapısına təyin etməli olduğu on bir metrlik cərimə zərbəsi əvəzinə oyunun ən fəallarından olan "Qarabağ"ın 9 nömrəsini meydandan qovmasındakı qərəzi azarkeşlər açıq-aşkar təkrar kadrlardan gördü. Bu məqamda stadionu bürüyən uğultudan dəqiqələr keçməmiş UEFA-nın nümayəndəsi olduğu iddia edilən "cənab" monitorları cərəyandan ayırmağa başladı (Şərhçilərin qarşısındakı monitorlar istisna olmaqla).

Matçın əsas vaxtına əlavə olunmuş son saniyələrdə "Qarabağ"ın qapısına təyin edilən müəmmalı cərimə zərbəsinə isə başqa ad vermək olmaz!
Britaniya və İspaniyanın dünyaca məşhur qəzetləri 0:0 hesabla bitən matçdan sonra yalnız "köhlən artlar"ın qəhrəmanlığından bəhs etdilərsə, rusiyalı, türkiyəli futbol şərhçiləri fransalı hakimin oyunun nəticəsinə təsir edən "Qarabağ"a qarşı qərəzli qərarlarını müzakirə ediblər.

Milli.Az



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib