“Qarabağ”ın mümkün rəqibi müəyyənləşdi

“Qarabağ”ın mümkün rəqibi müəyyənləşdi
İDMAN
23:35 30.07.2026
195
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi” (Təl-Əviv) "Şerif”i (Moldiva) mübarizədən kənarlaşdırıb.

AZXEBER.COM QOL.az-a istinadən xəbər verir ki, İsrail təmsilçisi ilk matçda səfərdə 5:0 hesabı ilə məğlub etdiyi rəqibinə cavab oyununda da qalib gəlib - 1:0. Yeganə qolu 29-cu dəqiqədə Kone öz qapısına vurub.

"Makkabi” iki oyunun nəticəsinə əsasən 6:0 hesablı üstünlüklə növbəti mərhələyə yüksəlib.

Beləliklə, "Qarabağ” SSKA səddini keçəcəyi təqdirdə UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Makkabi” ilə qarşılaşacaq.
OXŞAR XƏBƏRLƏR