"Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniya "Bayer 04”ü tarixi rekorda imza atıb.
Leverkuzen təmsilçisi ilk dəfə ardıcıl 10 oyunda qələbə qazanmaqla öz rekordunu yeniləyib.
Bunun 6-sı Bundesliqa, 3-ü Avropa Liqası, 1-i isə Almaniya Kuboku matçına təsadüf edib. Xabi Alonsonun yetirmələri son məğlubiyyətini 2022/2023 mövsümünün axırıncı turunda "Bohum”dan (0:3) alıblar.
Qeyd edək ki, "Bayer 04” hazırda Bundesliqada 28 xalla, Avropa Liqasının qrupunda isə 9 xalla liderlik edir. Leverkuzenlilər növbəti görüşü noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ”a qarşı keçirəcəklər.