"Qarabağın səsi" aksiyasına start verildi -FOTOLAR

MƏDƏNİYYƏT
11:54 09.02.2018
3162
Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət" kampaniyası çərçivəsində "Qarabağın səsi" adlı rəsm sərgisinin hazırlıqlarına start verilib.
 
AZXEBER.COM xəbər verir ki, layihənin yaradıcı heyəti tədbir öncəsi son hazırlıqlarla bağlı bir araya gəliblər. Müzakirələrdə sərgi zamanı nümayiş olunacaq ekspozisiyalar haqda danışılıb. Layihənin sosial şəbəkələrdə geniş təbliği istiqamətində qərar verilib. 
 
Müzakirələrdə layihənin rəhbəri Murad Qulubəyli, rejissoru Ranar Musayev, əməkdar artist Tünzalə Ağayeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanov, rəssam Nərminə Vəliyeva iştirak edib.
 
Məlumata görə, layihədə yaş limiti tətbiq olunmayacaq və Qarabağ mövzusu ilə bağlı rəsm əsəri olan hər kəs iştirak edə bilər. Sərgiyə təqdim olunan əsərlər 24 fevral günü rəsmi şəxslər və diplomatik nümayəndələrin iştirakı ilə baş tutacaq mərasimdə nümayiş etdiriləcək. 

Rəssamlar mövzu çərçivəsində olan əsərlərini 15 fevral tarixinədək təqdim edə bilərlər.
 
Tədbir 24 fevral tarixində Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Mərkəzində baş tutacaq.
 
Layihənin rəhbəri Murad Qulubəylidir. 
 
Xatırladaq ki, "Xocalıya ədalət!” kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılıb. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. Bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. "Xocalıya ədalət!” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb.
 
"Qarabağın səsi" aksiyası haqda məlumatı bir çox məşhur sosial şəbəkələrdə paylaşıb. 
 

 

 

 

 

 

 


 

 

 

 


 

 

 

 

OXŞAR XƏBƏRLƏR