"Qarabağ"ın uğuru özü üçün problemə çevrilib" - Rəşad Sadıqov

"Qarabağ"ın uğuru özü üçün problemə çevrilib" - Rəşad Sadıqov
İDMAN
23:16 24.05.2018
8347

Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Rəşad Sadıqov Makedoniyanın müvafiq yaş qrupu üzrə yığması ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra brifinq keçirib.

AZXEBER.COM  "Report"a istinadən bildirir ki, 36 yaşlı mütəxəssis "Qarabağ"la bağlı məsələyə də toxunub...

İki fərqli hissə oldu. İlk yarıda daha yaxşı oynayan, ikinci hissədə isə daha çox müdafiəyə fikir verən Azərbaycan millisi...

- Müdafiəyə diqqət məcburiyyətdən irəli gəlirdi. Çünki rəqib sürəti artırmışdı. Əslində ikinci hissəyə də pis başlamamışdıq. Sadəcə, biz topa nəzarəti itirdikdən sonra rəqib daha böyük qüvvə ilə irəli atıldı və daha sürətlə çıxış etməyə başladı. Bu zaman daha çox müdafiə olunduq. Makedoniya yığması çox yaxşı komandadır. Bu kollektivi çox yaxşı tanıyıram. Rəqib olduğu üçün tərifləmək istəmirəm, amma hazırda Avropanın 10-15 yaxşı komandasından biridir. İsveçrə və Belçika üzərində qələbə ilə Avropa çempionatının elit-raunduna çıxdıqdan sonra İngiltərəni də yeniblər. Mən belə rəqibə qarşı oynamağı xoşlayıram. İstəyirəm ki, uşaqlar bərkisinlər və görsünlər ki, rəqib necə sürətli, səliqəli oynayır. Bizim üçün yaxşı sınaq oldu. Mən komandamızdan daha yaxşı oyun gözləyir və düşünürəm ki, uğur əldə etmək, yaxşı nəticə qazanmaq istəyiriksə, artırmalıyıq.

Makedoniyanı daha əvvəl üz-üzə gəldiyiniz Gürcüstanla müqayisə edərdiniz...

- Fərqli rəqiblər idilər. Makedoniya daha sürətli, daha mobil komandadır. Amma yenə belə fikirdəyəm ki, bu gün daha yaxşı oynaya bilərdik.

Yığmada milliləşdirilməyə ehtiyac varmı?

- Söhbət təkcə U-20-dən getmir. Ümumiyyətlə, yaxşı futbolçu olsa və Azərbaycan yığmasında oynamaq istəsə, milliləşmiş bir neçə oyunçudan yararlanmaqda problem görmürəm. Çünki bu gün buna ehtiyac var. 90 dəqiqə mübarizə aparırsan, bir səhv, bir boşluq hər şeyin üstündən xətt çəkir.

Ötən oyunda da, bu dəfə də mərkəz müdafiəçilərinin səhvindən qol buraxdınız. Hər iki matçda müdafiəçilər eyni idilər. Əvəzləməyə oyunçu yox idi, yoxsa yenə eyni futbolçulara şans vermək istədiniz?

 

- Sırf mərkəz müdafiəçisinin səhvindən qol buraxdığımızı düşünmürəm. Çünki qol standart vəziyyətdən sonra vuruldu. Bu zaman hər bir futbolçu bir nəfəri güdürdü. Oturub analiz edəcəyik, görək, qol epizodunda hansı oyunçu rəqib futbolçunu gözləməli olduğu halda, səhvə yol verdi. Tapşırıq olmuşdu ki, standart vəziyyətlərə səbəb olan qayda pozuntusuna yol verməyək. Rəqibin "ikinci mərtəbə"də yaxşı oynadığını bilirdik. Amma yenə boşluq buraxdıq. Hələ danışmaq üçün tezdir. Uşaqların beynəlxalq təcrübələri çox azdır. Vaxt lazımdır ki, get-gedə öz üzərilərində işləsinlər. Ondan sonra baxacağıq ki, kim yaxşıdır, kim bacardı, kim artırdı və ya artırmadı. Bir-iki oyunla hansısa qənaətə gəlmək istəmirəm. Futbolçularımın potensialına inanıram. Düşünürəm ki, öz üzərilərində işləsələr, onlardan yaxşı futbolçular çıxacaq.

Anton Krivotsyuk "Neftçi"də sol cinahda çıxış edir. Onu stopper kimi meydana buraxmaqla, mərkəz müdafiəçisi mövqeyində yoxlamaq istəyirdiniz?

- Əvvəllər də qeyd etdiyim kimi, Krivotsyuku daha çox stopper kimi düşünürəm. Çünki bu mövqedə problemimiz var. Antonun boy-buxunu, soyuqqanlılığı, oyun tərzi var. Başla yaxşı oynayır, sürəti pis deyil. Mən onu bu mövqedə görürəm. Ola bilsin, hansısa oyunda solda da çıxış etsin.

"Qarabağ"ı 9 futbolçu tərk etdi. Ən gözlənilməz gediş qapıçı İbrahim Şehiçin komandanı tərk etməsi oldu. Bu, nə ilə bağlı idi?

- Bu, Şehiçə gələn təkliflə bağlıdır. Sadəcə, artıq rəqabət aparmaq da olmur. "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib. Çempionlar Liqasında çıxış etdiklərindən, hamıya təkliflər var. Pul söhbəti deyil. Hamısı gözüyaşlı gedir. Deyirlər ki, getmək, ayrılmaq istəmirik, amma bu da həyatımızın şansıdır. Bu cür komandadan, belə ölkələrdən təklif gəlir. Heç birini qınamaq olmur. Çünki elə təkliflər gəlir ki, "yox" demək olmur. Özünüz də onun necə kluba gedəcəyini görəcəksiniz.

Gedənlərin yerini doldurmaq çətin olmayacaq?

- Ötən dəfə də qeyd etdim ki, bizim üçün ən çətin transfer dövrü olacaq. Komandada yenilənmə gedəcək. Gedənlər kimi gələnlər də çox olacaq. Yeni gələnlərin hansı səviyyədə olacağı bilinmir. Ən çətin transfer dönəmi yaşayacağıq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Qalatasaray”dan yeni transfer
18:50 18.08.2026
“Qalatasaray”dan yeni transfer
Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqladı
18:39 18.08.2026
Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqladı
Suriyada İES-də partlayış baş verdi - 3 nəfər öldü
18:19 18.08.2026
Suriyada İES-də partlayış baş verdi - 3 nəfər öldü
Rəsmi Kiyev: Rusiyanın ötən gecə Ukraynaya hücumlarında 12 nəfər ölüb
18:05 18.08.2026
Rəsmi Kiyev: Rusiyanın ötən gecə Ukraynaya hücumlarında 12 nəfər ölüb
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26- ya qeydiyyatı açıq elan edir
17:50 18.08.2026
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26- ya qeydiyyatı açıq elan edir
Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verdi
17:41 18.08.2026
Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verdi
Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı
17:32 18.08.2026
Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı
Azərbaycanda qardaş bacısını maşında öldürdü
17:10 18.08.2026
Azərbaycanda qardaş bacısını maşında öldürdü
Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama
16:59 18.08.2026
Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama
Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan sıxlıqla bağlı - AÇIQLAMA
16:55 18.08.2026
Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan sıxlıqla bağlı - AÇIQLAMA
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
16:48 18.08.2026
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
16:45 18.08.2026
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
16:21 18.08.2026
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
16:20 18.08.2026
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
16:10 18.08.2026
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
“Dövlət əmlakına niyə belə biganə münasibət bəslənilir?” – Bu müəssisə avadanlıqlarını küçəyə atır
15:50 18.08.2026
“Dövlət əmlakına niyə belə biganə münasibət bəslənilir?” – Bu müəssisə avadanlıqlarını küçəyə atır