'Qaraçı ləçərlər kimi Həyasız və tərbiyəsiz' - ŞEİR

KÖŞƏ
01:31 15.04.2012
3530
"Qaraçı ləçərlər kimi Həyasız və tərbiyəsiz" DAŞLAMA FİKRƏT QOCAYA Əzizim Fikrət! Vaxtiylə sənə ithaf etdiyim bu şeiri bir neçə bənd əlavə etməklə mətbuata verməyə əşəddü-ehtiyac duydum. Dostum: “məndən demək!” – dedin, Sözü adama deyərlər. Söz qanmayan sözmü qanar? Əzvaylara, cahillərə söz söyləməkdən nə çıxar. Beləsinə söz deməyin məgər bir mənası vardır? Öz-özünə murdar deyən Elə murdar ki, murdardır. Qaraçı ləçərlər kimi Həyasız və tərbiyəsiz Çızma-qaraları yazar. Yazısında hər sözu də Elə murdardır ki, murdar. Əliyevi bəyənməyib Sərkisyana yalmanana Millətini, qeyrətini Qrant verənlərə satana, ölkəsinin hər uğuru gözünə ox tək batana, düşmənlərin sözlərinə çəpik çalıb əl çalana , Nə deyəsən, qandırasan, İnan, bu iş deyil asan. Hamıya çirkab atmaqda Bir-birləriylə yarışır. Görəsən, bunlar nə üzlə Vətəndən, xalqdan danışır. Kim beləsin xalqa vəkil edib, haçan, Belə avam vəkil olar, belə vəkil olar nadan? Yüz bir dəfə tutu quşu eyni şeyi deyən kimi “Xalqsız xalq şairi” deyir, Axı özü bu ad üçün cəfa çəkir, sino gedir. Buna yaman tamarzıdır, Eyni sözü təkrar demək Bir sübutdur, bir arzudur. Şeirsiz şairlər, yazısız yazar Gedib bir rayonda birisin tapar. O da zavallını yazıçı sayar, Bu da qürrələnib buna inanar. Gəl çıxaq şəhərə, kəndə Görək xalq kimi tanıyır. Kimi sevir, əzizləyir, Kimlərdən düz söz gözləyir. Söyüş, təhqir, böhtan, yalan Sizsiz deyən, sizsiz yazan. Qovrulub nifrətdən, kindən Özünüzdən çıxsanız da Heç vaxt çıxara bilməzsiz Bizi xalqın ürəyindən. Haçan, necə yığdırıblar İçlərinə bunca zəhər, bunca irin, bunca çirkab. Axır bir gün özləri də bu çirkabda boğulacaq, Çirkə çıxıb yox olacaq. Eyni sözu yüz bir dəfə Elə hey təkrar edirlər, bir-birinə ötürürlər. bundan başqa çiy beyinlər Məgər bir şey tapa bilər. “Yaxşı padşahın nağılı” Olub dillərində əzbər. Gör dünyanın nə günüdür Özü buyruq qulu olan Özgəsinə deyir nökər. “İstəyinə çatmayacaq min il də belə qalalar, Belələrin saxlamazdı, qapısında nökər kimi bizim əsl bəy babalar”.11 aprel, iki min on iki, gecə saat iki. Yerimizə göz tikənlər, Həsədlimizi çəkənlər, Heç bir şey qura bilməyib ancaq dağıdan, sökənlər, İstedaddan qısır olan, qəlbi paxıllıqla dolan, Hər yerə nifaq səpənlər, ədavət, pislik əkənlər, Şər atıb söyüş biçənlər Qoy yazsınlar yüz yol, min yol. Dostum, buna fikir vermə Yolunla get, işində ol. Qrant verənə, iş verənə, Müdirinə, sahibinə, qəzetin redaktoruna Min sifətlə yaltaqlanıb boşqabları yalayanlar, köləliklə yaşayanlar, Yiyəsinin aftafasın daşıyanlar, Gündəyməzdə çiban kimi birdən çıxıb pırtlayanlar, Kimisə infarkt etməkçün ürəkləri partlayanlar, Boyat, nimdaş yazılarla Qəzetləri qıcqırdanlar, Qısqırdılan biçarələr və onları qısqırdanlar Yalnız bir şey gözləyirlər; Əcəl gəlib, ölüm gəlib kimlərisə aparacaq. Ölənlərin işi, yeri, adı bunlara qalacaq. Dirilərlə bacarmırlar Ümidləri əcələdir, Bunların da bacardığı, imkanı, gücü belədir. Hər kəsi pisləyər, şərlər, Ölümüzü yumaq üçün Növbə tutan mürdəşirlər. Dostum, məhəl qoyma buna Yolunla get, işində ol. Dirilər diri qalacaq Əzrail gəlsə də yüz yol. Müalicəsin bitirmədən Biri dəlixanadan qaçıb, Qəzetlərdən qovulubdur. İnternetdə yerin tapıb Başqasının uğurundan çöpə dönür, arıqlayır, “dərdini” ovutmaq üçün pivə içib qatıqlayır. Gecə-gündüz marıqdadır pusur hər addımımızı, təzədən də olur dəli hər görəndə adımızı. Heyvərə Sirkə Badımcan Unutmasın bunu ancaq Sirkə çox tünd olan zaman Öz qabını çatladacaq. Şər atmaqda yarışsınlar, Danışsınlar boş-boş, bol-bol. Məhəl qoyma sən bunlara Yolunla get, işində ol. Havalar da durulacaq Xoş günlər də qurulacaq. Bizdən yazanlar da axır Yazıb, yazıb yorulacaq. 3 avqust – 20 sentyabr 2003 Bu Daşlama nömrə Birdir Amma dostum, bunu bil ki, Əl çəkməsələr bizlərdən Gələcək Daşlama İki- daha iti, daha kəskin.12 aprel 2012
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub