Qaradağ rayonu keyfiyyətli su ilə təmin olunacaq

Qaradağ rayonu keyfiyyətli su ilə təmin olunacaq
Bütün Xəbərlər
16:45 07.09.2012
1380
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri həyata keçirir.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, “2011-2013-cü illər Bakı şəhəri və onun qəsəbələrinin sosial iqtisadi inkşafına dair Dövlət Proqramı”ı çərçivəsində abunəçilərin fasiləsiz və keyfiyyətli su ilə təchiz edilməsi məqsədilə Bakının ətraf qəsəbələrində işlər davam etdirilir.
Bakı şəhəri Qaradağ rayonu Puta qəsəbəsində əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi məqsədi ilə yeni layihə həyata keçirilir. Layihəyə uyğun olaraq müxtəlif diametrli ümumi uzunluğu 1000 metrdən çox olan polietilen borular vasitəsilə yeni su xətləri çəkilir, siyirtmələr quraşdırılır. Layihə başa çatdıqdan sonra qəsəbədə 563 abonent (528 əhali, 35-i qeyri-əhali olmaqla) fasiləsiz içməli su ilə təmin olunacaq.
Qeyd edək ki, layihənin icrasına avqust ayında başlanılıb və sentyabrın sonlarına qədər başa çatdırılması nəzərdə tutulub.
Xatırladaq ki, ötən il Qaradağ rayonunun Lökbatan, Sahil və Korgöz qəsəbələrinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni layihələr həyata keçirilib.
OXŞAR XƏBƏRLƏR