Qaraqanın konserti təxirə salındı

ŞOU-BİZNES
09:11 03.04.2011
2272
Konsert təşkilatçılarının verdikləri məlumata görə, Azərbaycan Dövlət Opera və Balet Teatrının inzibati rəhbərliyi teatrın səhnəsində texniki nasazlıq baş verdiyini bildirib. Bu səbəbdən xırda hazırlıq işləri tamamlananadək konsert başqa tarixə keçirilib. 

Xatırladaq ki, “Mənim qaranlığım” Azərbaycan səhnəsində təqdim olunan ilk hip-hop müzikldir. Teatr kassasında aldığımız xəbərə görə, konsertin demək olar ki, bütün biletləri satılıb. Konsertin tam anşlaqla keçəcəyi gözlənilir.

Milli kitab mükafatının qalibi, prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, son on ildə ən çox satılan kitabların - “A” və “Bir milyon dollarım olsaydı” romanlarının müəllifi, 2008-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” nominasiyasına layiq görülmüş Qaraqan tamaşaçıları narahatlıq keçirməməyə və elanları izləməyə çağırır.

OXŞAR XƏBƏRLƏR