Qaraşovun oğlunun maşını piyadanı keçiddə belə vurdu - VİDEO

Qaraşovun oğlunun maşını piyadanı keçiddə belə vurdu - VİDEO
SOSİAL
12:20 24.10.2017
9317
Sürücülərin yağışlı havada sürət həddinə və ara məsafəsinə fikir verməməsi qəzaya səbəb olur
 
AZXEBER.COM xəbər verir ki, oktyabrın 17-də, saat 11:25 radələrində Bakıda, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 15/17 ünvanının qarşısında "Jeep” markalı, 90 AA 707 dövlət nömrə nişanlı, avtomobil yolu keçən piyadanı vurub. Hadisə piyada keçidinin üstündə baş verib. Piyadanı vuran avtomobil sahibi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun oğlu Fərhad Qaraşova məxsus olub. Hadisənin görüntüləri Avtosfer.az-ın kamerasına düşüb. Görüntülərdən məlum olur ki, "Jeep” markalı avtomobil hadisəni qarşı yolda - üzü 20 nömrəli məktəbdən Nərimanov heykəlinə gedən yolun əks tərəfində törədib. Hadisəyə səbəb yüksək sürət və düzgün ara məsafəsi saxlamamaqdır. Videodan da göründüyü kimi, sürücü piyada keçidindən keçən xanıma yol verən digər avtomobillərlə toqquşmamaq üçün sükanı sola qaçırıb. Əks istiqamətli yola çıxaraq keçidin üzərindəki qızı vurub.

Arif Qaraşov açıqlamasında bildirmişdi ki, qəza zamanı sükan arxasında oğlu deyil, sürücüsü olub. Lakin görüntülərdən də məlum olur ki, avtomobildən bir neçə nəfər düşür, yaralı qızı maşına qoyaraq hadisə yerindən uzaqlaşırlar. 

Bu hadisədən belə nəticəyə gəlmək olur ki, əksər sürücülər yağışlı hava şəraitində düzgün sürət həddi və ara məsafəsi seçmirlər. Bu isə ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. "Yol hərəkəti haqqında” qanunda da sürücülərə tövsiyə edilir ki, yol və meteoroloji şəraitə uyğun olaraq sürət həddi seçsinlər. Yəni, əgər bir küçədə sürət həddi saatda 60 km nəzərdə tutulubsa, bu o demək deyil ki, yağılı havada da bu sürətlə sürmək lazımdır. Həmçinin ara məsafəsi də vacib amildir. Çünki qarşıdaki avtomobil hansısa səbəbdən qəfil dayandıqda ya onu arxadan vurmalısan, ya da saga-sola çəkərək digər hadisəyə səbəb olmalısan.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Pakistana başsağlığı verib
19:38 28.06.2025
Azərbaycan XİN Pakistana başsağlığı verib
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
19:26 28.06.2025
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
19:15 28.06.2025
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
18:53 28.06.2025
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
18:41 28.06.2025
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var