Qardaş qardaşını və onun həyat yoldaşını öldürdü

KRİMİNAL
01:18 28.05.2014
2765

O, həmçinin qardaşının həyat yoldaşını da güllələyib

Beyləqanda qardaş qardaşını və onun həyat yoldaşını qətlə yetirib. AZXEBER.COM anspress-ə istinadən xəbər verir ki, Qarabağ bürosunun xəbərinə görə, Beyləqan rayon sakini, 1953-cü il təvəllüdlü Bəndəliyev Məmməd Əli oğlu aralarında torpaq sahəsinə görə yaranmış münaqişə zəmnində qardaşı, 1961-ci il təvəllüdlü Bəndəliyev Həsən Əli oğlunu və onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Şükürova Mədinə Barat qızını odlu silahla qətlə yetirib. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.

OXŞAR XƏBƏRLƏR