"Qardaş Türkiyə ilə dövriyyəmiz ötən il 6.0 milyard dollara yaxınlaşıb"

SOSİAL
14:27 17.03.2023
856
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib.

Dövlətimizin başçısı İlham Əliyev tədbirdə iştirak edib. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.

Görüşün iqtisadi tərəflərindən danışan Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, son illər Türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafı və ticarət dövriyyəsində kəskin artımlar müşahidə olunur: "2022-ci ildə Azərbaycan ilə Türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 70.0 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib".
 

 

Deputat qeyd edib ki, ötən il bütün Türk dövlətləri ilə ticarət dövriyyəmizdə artım qeydə alınıb. Qazaxıstan ilə dövriyyəmiz ötən il əvvəlki ilə nisbətən 4.4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlib: "Türkmənistan ilə dövriyyədə 5.1 dəfə artım qeydə alınıb. Ticarət dövriyyəmiz ötən il 105 milyon 23 min dollardan 535 milyon 397 min dollar çatıb. Özbəkistan ilə ticarətimizdəki 64.0 faizlik artım birgə dövriyyəmizi 111milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb. Mərkəzi Asiyanın digər Türk dövləti olan Qırğızıstan ilə də ticarət dövriyyəmizdə artım qeydə alınıb. İki dövlət arasındakı dövriyyə ötən il 17.0 faiz artaraq 9 milyon 18 min dollardan 2022-ci ildə 10 milyon 809 min dollaradək yüksəlib. Qardaş Türkiyə ilə dövriyyəmiz ötən il 6.0 milyard dollara yaxınlaşıb. 2021-ci ildə 4 milyard 661 milyon dollar olan ticarət dövriyyəsi ötən il 5 milyard 842 milyon dollaradək yüksəlib".

"Ticarət dövriyyəsinin böyüməsi birbaşa Türk dövlətləri arasındakı münasibətlərin xüsusən son 2 ildə dərinləşməsi ilə bağlıdır. Azərbaycanın əldə etdiyi zəfərdən sonra Türk dövlətləri strateji əməkdaşlığı daha da gücləndiriblər. Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yüksəlməsi hədəflənir. 21-ci əsr Türk dünyasının əsridir", - deyə deputat əlavə edib.

Politoloq Turan Rzayev isə AZXEBER.COM-ə açıqlamasında bildirib ki, sammitdə türk dövlətlərinin liderləri çıxış edib. Ölkə başçısının Fövqəladə Zirvə görüşündə çıxışı isə xüsusilə diqqət çəkib: "Prezident çıxışı zamanı bildirib ki, "2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır”.
 


Politoloq bildirib ki, Prezident çıxışı zamanı qeyd edib ki, 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır: "Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlərin qalması faktiki olaraq Ermənistanın Praqa və Soçi görüşlərində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi və 10 Noyabr bəyanatının pozulması deməkdir. Bu və bu kimi digər məsələlər faktiki olaraq rəsmi Bakının separatçılara qarşı antiterror, Ermənistana qarşı isə sülhəməcburetmə əməliyyatına başlaması üçün əsas yaradır. Mümkündür ki, Bakı indiki məqamda Ermənistan ilə bağlı bu məqamları dilə gətirərək dünya ictimaiyyətinə, eyni zamanda türk dövlətlərinə baş verə biləcək ehtimal əməliyyatların məsuliyyətini! Ermənistanın daşıdığı mesajını verir".

Politoloq həmçinin İlham Əliyevin "Türk dünyası” mesajının hədəfindən də danışıb: "Prezidentin çıxışının ən diqqətçəkən məqamı, şübhəsiz, onun "Hörmətli həmkarlar, Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir” sözləri oldu. Bu ifadə geniş və dar mənada müxtəlif cür şərh edilə bilər. Birincisi, Prezident "Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Ölkə başçısı Türk dünyası daha böyük coğrafiyanı əhatə edir” deyərək, əslində, İraq türkmənlərini, Suriya türkmənlərini, Çindəki uyğurları, Rusiyadakı tatar, başqırd və digər türk etnoslarını nəzərdə tuta bilər. Bu həm də TDT-nin vizyonunun genişliyindən xəbər verir. İkincisi isə Prezidentin bu ifadəsi  həm də İrana bir mesajdır. Prezident bildirib ki, "Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır”. Prinsip etibarilə bu, Prezidentin TDT-nin bundan öncəki sammitində qeyd etdiyi "Azərbaycan sərhədləri xaricindəki soydaşlarının taleyinə biganə qalmayacaq” ifadəsinin məntiqi davamıdır. Rəsmi Bakı bununla bir daha İrana mesaj verir ki, Azərbaycan ilə gərginlik onun bir dövlət kimi mövcudluğunu təhlükə altına sala bilər".

Aydın Nuri

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişafı etdirilməsi" mövzusunda dərc edilib.
 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir