Türkiyənin Ağrı vilayətində qeyri-adi hadisə yaşanıb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 5 yaşlı qız evlərinin qarşısında oynayarkən, evin damından üzərinə qar topası düşüb. Qarın altında qalan qız, təxminən bir saat sonra yaxınları tərəfindən tapılaraq xəstəxanaya yerləşdirilib. Xəstəxanada həkimlər ürəyi dayanan qıza ürək masajı edərək xilas etməyə çalışıblar. Ancaq bütün müdaxilələrə baxmayaraq az yaşlı qız ölüb. Polis hadisə ilə bağlı istintaqa başlayıb.
Ozal İbrahimli