Qarlı hava can almağa başladı: 3 nəfər öldü

Qarlı hava can almağa başladı: 3 nəfər öldü
Bütün Xəbərlər
11:35 02.02.2012
2335
Fevralın 2-nə keçən gecə Bakı-Şamaxı yolunda dəhşətli yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, yolun 28-ci kilometrliyində, Abşeron rayonu ərazisində “VAZ 2106” markalı minik avtomobili “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə “VAZ 2106”-nın sürücüsü İsmayıllı rayon sakini 36 yaşlı Rəşad Behbudov, onun sərnişini 37 yaşlı Rasim Məmmədov və avtomobildə olan 30-35 yaşlı qadın hadisə yerində ölüb. Hadisəyə yolun buzlu olmasının və sürücülərin sürət həddinin düzgün seçməməsinin səbəb olduğu ehtimal olunur. Faktla əlaqədar cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR