Hava şəraiti fasilələrlə yağıntılı keçəcək. Sulu qar, qar yağacaq.Bakıda və Abşeron yarımadasında fasilələrlə gözlənilən yağıntının sulu qar, nisbətən yüksək ərazilərdə qar şəklində olacağı ehtimalı var. Dekabrın 14-dən 16-sı gündüzədək arabir güclənən şimal-şərq küləyi əsəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında dekabrın 15-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Arabir güclənən şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında dekabrın 15-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, səhər saatlarında duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə istidən 3 dərəcəyədək şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 1-6 dərəcə şaxta olacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin əvvəlcədən verdiyi məlumata görə, dekabrın 13-ü axşamdan 14-ü səhərədək hava şəraiti daha da kəskinləşib, yağış, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv və güclü olub.Ağcabədidə yağçntı 100.0 mm (aylıq normanın faizi), Neftçalada 33.0 mm (aylıq normanın 114 faizi), Qazıməmməddə 25.0 mm (aylıq normanın faizi), Salyanda 21.0 mm (aylıq normanın faizi), Qubada 15.0 mm, Xaçmazda 14.0 mm, Qaradağda 12.0 mm, Cəfərxan, Bakıda 10.0 mm (aylıq normanın faizi), Altıağacda 9.0 mm, Ələtdə 8.0 mm, Sumqayıtda 6.0 mm, Mərkəzi aranın digər rayonlarında 1.0-5.0 mm, Lənkəran-Astara zonasının digər rayonlarında 0.7-6.0 mm, Balakən-Şəki zonasının digər rayonlarında 1.0-5.0 mm, Qazax-Gəncə zonasında 0.5-2.0 mm, Daşkəsən-Gədəbəy zonasında 0.4-1.0 mm, Maştağa, Binədə 1.0-3.0 mm olub. Şəki, Mərəzə, Altıağac, Quba, Sarıbaş (Şəki), Kişçayda (Şəki) qar yağıb. Vizual müşahidələrə görə səhər saat 08:00-10:00 radələrində Bakı şəhərinin nisbətən yüksək ərazilərində yağışla sulu qar yağıb. Qar örtüyünün hündürlüyü Altıağacda 12 sm, Sarıbaşda 6 sm, Kişçayda 1 sm-ə çatıb.Şimal-şərq küləyi Biləsuvar, Qazıməmməd, Neftçalada 20 m/s, Abşeron dəniz rayonunda 13-17 m/s-dək güclənmiş, Neft Daşları Stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrə çatıb. Dekabrın 14-də havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3-4 dərəcə isti, aran rayonlarında 4-7 dərəcə isti, dağlıq rayonlarda 3-4 dərəcə şaxta, Naxçıvan MR-da 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edib.