Qarşıdakı günlərdə ölkədə hava necə olacaq?

Qarşıdakı günlərdə ölkədə hava necə olacaq?
Bütün Xəbərlər
13:03 21.07.2014
1042

İyulun 22-də Bakı və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-25, gündüz 28-33 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacağı, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

OXŞAR XƏBƏRLƏR