“Keçi ili 2015-ci ilin fevral ayının 19-u başalayıb, 2016-cı ilin 7 fevralında bitəcək. 2015-ci il yaşıl və ya göy keçi ilidir”.
Bu sözləri portalımıza açıqlamasında qarşıdan gələn 2015-ci ilin astroloji proqnozları haqqında danışan Psixoloqiya, Parapsixoloqiya, Astroloqiya elminə sahib Lamiyə İsmayılova söyləyib.
O, qarşıdan gələn ilin Azərbaycan xalqı üçün uğurlu bir il olacağını söyləyib.
Lamiyə İsmayılovanın 2015-ci illə bağlı proqnozunu təqdim edirik:
İmtellektual və hiyləgər Atdan fərqli olaraq Qoyun bir az sadəlövhdür tez inanandır və eyni zamanda həm də tərsdir.
Buna görə də 2015-ci il yaranan mübahisələri,konfliktləri həll etmək çətin olacaq.Keçidə diplomatiya və çeviklik çatışmazlığı var.2014-cü ilə nisbətən yeni ildə insanları əməkdaşlığa doğru yönləndirmək çətin olacaq.İmpulsivliyi ilə seçilən at ilində başlanan konfliktlər,tərs olan keçi ilində davamlı xarakter ala bilər,belə ki,tərəflərdən heç biri güzəştə getməyə razı olmayacaq. Hər hansı bir qlobal planlar qurmaq məsləhət deyil.Keçi ilində bu iş xeyirsiz və səmərəsizdir.Sakit və təmkinli at ilindən sonra,kaprizli və inadkar keçiyə öyrəşmək lazımdır.Keçi bütün gücüylə firavanlığa,rifaha doğru can atır.Ancaq məqsədinə çatmaq üçün atdığı addım hər adamın xoşuna gəlməyəcək.
Yupiter 12 avqusta qədər Şir bürcündə olacaq.Ailə və sevgi ilə bağlı olan məsələlərə müsbət təsir göstərəcək.Saturn 18 sentyabra qədər Əqrəb üzrə hərəkətini davam etdirəcək.Bu səbəblə maliyyə işlərində və hesablamalarda diqqətli olmaq lazımdır.Neptun bütün 2015-ci il ərzində Balıqlar bürcündə qalacaq.Bu da tibbi sahəyə təsir edəcək.Çox xəstəliklərin müalicə üsulları tətbiq olunacaq,psixiatriya sahəsində uğurlu tədqiqatlar olacaq.
2015-ci il tam günəş və ay tutulmaları olacaq.Bu çox mühüm hadisədir bu vaxtlarda ehtiyatlı olmaq lazımdır.İşgüzar və sevgi sahəsində dəyişikliklər baş verə bilər.
2015-ci il elmi kəşflər və araşdırmalar baxımından məhsuldar bir il olacaq.Bütün il ərzində Uranın Qoç bürcündə olması alim və tədqiqatçıların işinə müsbət təsir edəcək.İntellektual əməklə məşğul olan insanlar ən ambisiyalı layihələrini asanlıqla reallaşdıra biləcəklər.Hətta sizin fəaliyyətinizin elmi işlərə aidiyyatı olmasa da, siz daim çalışıb oxumaq və inkişaf etmək istəyəcəksiniz.
Bu il doğulan uşaqlar bu ilin hökmdarından qiymətsiz hədiyyə alacaq: qeyri-standart düşünmə qabiliyyəti,istənilən həyat tərzinə uyğunlaşma və hətta ən mürəkkəb vəziyyətlərdən çıxış yolu tapmaq.
Ümumən 2015-ci il vacib bir dövr olacaq, çoxlu dəyişikliklər gətirəcək istər pis istərsə də yaxşı.
Əlaqə :+99455 685 56 66
Mail:[email protected]/* */ /* */ /* */ /* */