Prezident Tiflisdəki sammitin əhəmiyyətindən danışıb
"Türkiyə-Azərbaycan-Gürcüstan arasında reallaşdırılan bu zirvə bölgəmiz və dünya üçün böyük önəm daşıyır. Çünki bizim əməkdaşlığımızın təməlində ortaq məqsədlər var və bunlar regional yox, qlobal məqsədlərdir".
Bu sözləri bu gün Gürcüstanın paytaxtı Tiflisdə açılışı olan Tiflis-2014 sammitində Azərbaycan prezidenti İlham Əliyev deyib.
İ.Əliyev qardaş Gürcüstanda olmaqdan çox xoşbəxt olduğunu vurğulayıb. "Əminəm ki, bu sammitin gözəl nəticələri olacaq. Ölkələrimiz arasında əlaqələrin tarixdə çox önəmli yeri var. Qarşılıqlı münasibətlərimiz ən üst səviyyədə davam edir".
O, sammitdə üç ölkə liderinin beynəlxalq təhlükəsizlik, enerji təhlükəsizliyi, humanitar məsələlər və sairə haqqında müzakirələr aparılacağını, gələcək haqqında danışılacağını deyib.