Qasırğa azərbaycanlıların sıx yaşadığı Nyu-Cersi ştatına çatdı
MARAQLI
12:19 28.08.2011
1602
Amerikanı cənginə alan “Ayrin” qasırğası nəticəsində hələ ki, bu ölkədə yaşayan azərbaycanlılara heç bir ziyan dəyməyib. Bunu Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri deyib. Onun sözlərinə görə, qasırğa hazırda azərbaycanlıların sıx yaşadığı Nyu-Cersi ştatına da çatıb.