QAT-dan Laçının işğal günü konsert keçirmək istəyən Natavanla bağlı - AÇIQLAMA

QAT-dan Laçının işğal günü konsert keçirmək istəyən Natavanla bağlı -  AÇIQLAMA
Bütün Xəbərlər
16:40 18.04.2014
1213

“Natavan Həbibinin prodüseri bir az öncə bizim təşkilatın qərərgahına gəlmişdi”

Bu sözləri Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı AZXEBER.COM-a açıqlamasında söyləyib. O, Laçının 18 may tarixində işğal olunduğunu deyib:

“Biz onlara da məlumat verdik. İşğal altında olan torpaqlarımızın dəqiq işğal tarixləri ilə bağlı bizim saytımızda da məlumat yerləşdirmişik. Eyni zamanda konsert salonlarının hamısına bu cədvəli göndərmişik. Və onlar özləri də həmin tarixlərdə konsertlərin keçirilməyəcəyini bildiriblər. O ki qaldı bu məsələyə, Laçın 18 may tarixində işğal olunub. Digər mənbələrdə yazılan 17 may tarixi düzgün deyil”.

Qeyd edək ki, Natavan Həbibi "Biz bu gün Qarabağ Azadlıq Təşkilatının rəhbərliyi ilə görüşdük və onlar da bir daha qeyd etdilər ki. Laçının işğalı 17 yox, 18 may günüdür" açıqlamasını verib. Müğənni may ayının 17-i saat 19:00-da Heydər Əliyev sarayında "Dinlə" adlanan konsert proqramı ilə çıxış edəcəyini bildirib.

OXŞAR XƏBƏRLƏR