İsveçin paytaxtı Stokholmda qeyri-adi oğurluq hadisəsi baş verib. Məlumata görə, xadimə qadın səhər tezdən depodan 4 vaqonlu qatarı qaçırıb. Stokholmun ətraf qəsəbələrindən birinə qədər hərəkət edən qatar relsdən çıxaraq 3 mərtəbəli yaşayış evinə çırpılıb. Qəzada ağır xəsarət alan 23 yaşlı qadın xəstəxanaya çatdırılıb və onun barəsində “İctimaiyyət üçün təhlükə yaratmaq” maddəsi ilə məhkəmə iddiası qaldırılıb.Qadının bu hərəkətinin səbəbləri barədə məlumat verilməyib.