Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. Avqustun 27-28-də Gəncə-Alabaşlı mənzilində 3,7 km, avqustun 29-31-də isə Ağstafa-Poylu mənzilində 3,4 km yolun təmir edilməsi nəzərdə tutulur."Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyindən verilən məlumata görə, əsaslı təmir işlərinə "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisəsləri və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub.Avqustun 27-də səhər saatlarında Gəncə-Alabaşlı mənzilində söküntü işlərinə başlanılıb və artıq başa çatmaq üzrədir.Qeyde dək ki, bu günə kimi 108 km yol əsaslı təmir olunub. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.