"Meydança çox da yaxşı vəziyyətdə deyildi, bir qədər quru idi. Amma belə şəraitə uyğunlaşmaq lazımdır. Bu, futboldur və heç vaxt bəhanə ola bilməz".
Bu sözləri "Barselona"nın yarımmüdafiəçisi Qavi UEFA Çempionlar Liqasında "Sabah"la keçirilən qarşılaşmadan sonra jurnalistlərə deyib.
İspaniyalı futbolçu komandasının oyuna zəif başlamasına baxmayaraq, sonradan toparlandığını bildirib:
"Əvvəlcə bir qədər çətinlik çəkdik, lakin getdikcə oyunumuzu yaxşılaşdırdıq, ritmimizi tapdıq və sonda qalib gəldik. Əla oyun keçirdik. Baş məşqçi həmişə deyir ki, hər futbolçu öz vaxtında vacibdir. Mövsüm uzundur. Hər oyunçu öz rolunu dəqiq bilməli və komandanın titullar qazanmasına kömək etməlidir. Əsas olan da budur".
Yarımmüdafiəçi Bakıya səfərdən məmnun qaldığını və Azərbaycanda "Barselona"nın çoxlu azarkeşinin olduğunu qeyd edib:
"Düzü, çox xoş oldu. Burada "Barselona"nın çoxlu azarkeşinin olduğunu gördük. İnsanların sevgisini görmək bizi həmişə sevindirir. Buna görə çox xoşbəxtik".
///oxu.az











































